Gerb

20 sentyabr 2013, 14:30

Möhtərəm Prezident! 

Sizin Astaraya hər səfəriniz rayonumuzda canlanmaya, böyük sevincə səbəb olur. Çünki Siz hər səfərinizdə yeni sosial obyektlərin, yolların, məktəblərin açılışlarında iştirak edirsiniz.

Hörmətli Prezident, Azərbaycan xalqı həmişə Sizinlə fəxr etməlidir. Fəxr etməlidir ki, Sizin kimi sadə, təvazökar, istedadlı insanı Allah bizə rəhbər göndərib.

Siz həmişə xalqın qayğısını çəkir, dərdlərinə şərik çıxırsınız. Bu yaxınlarda Astarada Şüvi və Rinə kəndində açdığınız yollar bütün astaralılar tərəfindən sevinclə qarşılanmışdır. Mən bu yaxınlarda Şüvi kəndinə piyada gedirdim. Yolu gedə-gedə, Sizə dualar oxuyurdum.

Hələ azmış kimi Siz Astaranın ən ucqar kəndi olan Pəlikəş kəndinə asfalt yolun çəkilişinə dair Sərəncam da imzaladınız.
SSRİ kimi nəhəng bir dövlətin tərkibində olduğumuz yetmiş il ərzində Azərbaycanda aparılmayan tikinti-quruculuq işləri məhz ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyev tərəfindən həyata keçirilir.

Hörmətli cənab Prezident, 9 oktyabr prezident seçkilərində bütün astaralılar Sizi dəstəkləyəcəklər. Allahdan Sizə uğurlar arzu edirik.

Dərin hörmətlə,

Fərəməzov Azər Surətulla oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Təngərüd kəndi. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR