Gerb

20 sentyabr 2013, 14:00

Möhtərəm Prezident!

Bu sözləri qəlbimin dərinliklərindən gələn bir səmimiyyətlə yazıram. Azərbaycan vətəndaşı olaraq mən Sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı Sizin arxanızdadır və Sizi sevir. Sizi ürəkdən sevən insanlardan biri də mənəm.

Oktyabrın 9-da respublikamızda növbəti prezident seçkiləri keçiriləcəkdir. Mən ömrümün sonuna kimi Sizin siyasətinizi dəstəkləyəcəyəm. Bu yaxınlarda Lənkəran şəhərinə səfər etmişsiniz. Sizin sayənizdə bir çox gənclər işsizlik problemindən yaxa qurtarmış, özlərinə iş yerləri tapmışlar. Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Gənclər evinin açılışı və s. bunlar hamısı Sizin sayənizdə mümkün olmuşdur. Buna görə Sizə ürəkdən minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Mehriban xanım və Siz varsınız!

Mənim yaşımın az olmasına baxmayaraq həmişə Mehriban xanımı özümə ideal seçmişəm. Nə qədər xoşbəxtlikdir ki, iki böyük şəxsiyyət bir-birinə dayaqdır.

Mən Sizi çox sevirəm və həmişə Sizin siyasətinizi dəstəkləyəcəyəm.

Azərbaycan prezidenti olmağa layiq olan bir şəxsiyyət var. O da Sizsiniz, cənab Prezident!

Hörmətlə,

Səlimova Firuzə Fərman qızı.

Azərbaycan Respublikası, Lənkəran şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR