Gerb

20 sentyabr 2013, 16:40

Hörmətli cənab Prezident!

Biz Sizin rəhbərliyiniz altında ölkəmizin qazandığı nailiyyətlərlə fəxr edir və gördüyünüz işləri dəstəkləyirik. Sizi ürəkdən sevir və seçkilərdə qalib gələrək, yenidən ölkəyə rəhbərlik etməyiniz arzu edirik. Ən əsası isə biz Sizə inanırıq. Çünki Siz 10 il bundan əvvəl Prezident seçilərkən verdiyiniz bütün vədlərə əməl etmisiniz. O vaxtdan ötən dövrdə ölkəmizdə iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət sürətlə inkişaf etmişdir. Hər yerdə geniş quruculuq işləri aparılmış, yeni yollar çəkilmişdir.

Əhalinin rahat yaşaması üçün bütün şərait yaradılmışdır. Çoxlu sayda yeni iş yerləri açılmış, insanların rifahı yüksəlmişdir.

Bütün bu işlər Gəncədə də böyük coşqunluqla həyata keçirilmiş, şəhərimizin siması tamam dəyişərək gözəlləşmiş, tarixi abidələrimiz bərpa edilmişdir.

Hörmətli cənab Prezident, biz inanırıq ki, Siz xalqımızı uğurlu gələcəyə aparırsınız. Ona görə də həmişə Sizinləyik və Sizi bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

Bayramova Ziyafət.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR