Gerb

20 sentyabr 2013, 18:15

Hörmətli cənab Prezident,

Malta Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Malta dostluğunun daim möhkəmlənməsi və əməkdaşlığımızın əhatə dairəsinin daha da genişlənməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 sentyabr 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR