Gerb

26 oktyabr 2010, 18:36

Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, bu gün yeni məzmun kəsb etməkdə olan Azərbaycan-Türkmənistan münasibətləri, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim öz inkişafını ardıcıl şəkildə davam etdirəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 oktyabr 2010-cu il

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR