|
21 sentyabr 2013, 11:50
İsmayıl Muradov və başqalarından, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident! Bu gün Siz bizə böyük sevinc və fərəh bəxş etmişsiniz. Naftalan şəhərinin sosial-iqtisadi inkişafı və şəhərimizdə yeni xəstəxananın tikintisi barədə imzaladığınız sərəncamlara görə Sizə şəhərimizin sakinləri və şəhər xəstəxanasının kollektivi adından dərin minnətdarlığımızı bildirir, çox sağ olun deyirik. Sizin bu sərəncamlarınız şəhərimizin abadlaşdırılması, Naftalanda turizmin inkişaf etdirilməsi, sakinlərimizin yüksək səviyyəli şəfa ocağında tibbi xidmətlə təmin olunması üçün əvəzsiz töhfədir. Hörmətli cənab Prezident, naftalanlılara göstərdiyiniz qayğıya görə Sizə minnətdarıq. Bu gün hər kəs dərk edir ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan çox qısa zamanda öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bütün hədəflərə qovuşacaqdır. Sizin yorulmaz fəaliyyətiniz dövlətimizi xoşbəxt və parlaq gələcəyə aparır. Hər bir Azərbaycan vətəndaşı bunu öz həyatında hiss edir və əmindir ki, onun bütün arzularını məhz Siz reallaşdıracaqsınız. Biz ölkəmizin taleyini, öz taleyimizi Sizə etibar edirik.
Möhtərəm Prezident, Sizə bir daha bütün səhiyyə işçiləri və naftalanlılar adından dərin təşəkkürümüzü bildiririk. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.