İsmayıl Muradov və başqalarından, Naftalan, Azərbaycan
21 sentyabr 2013, 11:50
Hörmətli cənab Prezident!
Bu gün Siz bizə böyük sevinc və fərəh bəxş etmişsiniz. Naftalan şəhərinin sosial-iqtisadi inkişafı və şəhərimizdə yeni xəstəxananın tikintisi barədə imzaladığınız sərəncamlara görə Sizə şəhərimizin sakinləri və şəhər xəstəxanasının kollektivi adından dərin minnətdarlığımızı bildirir, çox sağ olun deyirik. Sizin bu sərəncamlarınız şəhərimizin abadlaşdırılması, Naftalanda turizmin inkişaf etdirilməsi, sakinlərimizin yüksək səviyyəli şəfa ocağında tibbi xidmətlə təmin olunması üçün əvəzsiz töhfədir.
Hörmətli cənab Prezident, naftalanlılara göstərdiyiniz qayğıya görə Sizə minnətdarıq. Bu gün hər kəs dərk edir ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan çox qısa zamanda öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bütün hədəflərə qovuşacaqdır. Sizin yorulmaz fəaliyyətiniz dövlətimizi xoşbəxt və parlaq gələcəyə aparır. Hər bir Azərbaycan vətəndaşı bunu öz həyatında hiss edir və əmindir ki, onun bütün arzularını məhz Siz reallaşdıracaqsınız. Biz ölkəmizin taleyini, öz taleyimizi Sizə etibar edirik.
Möhtərəm Prezident, Sizə bir daha bütün səhiyyə işçiləri və naftalanlılar adından dərin təşəkkürümüzü bildiririk.
Dərin hörmətlə,
Muradov İsmayıl Məşədi oğlu
Həsənova Xalidə Mircəfər qızı
Səfərova Tünzalə Vaqif qızı
Əhmədova Lətifə Mehdi qızı
İsayev Elmar Allahverdi oğlu.
Azərbaycan Respublikası, Naftalan şəhəri.