Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Yusif Zeynalabdinzadədən, Gəncə, Azərbaycan

Text size Plus Minus

21 sentyabr 2013, 15:15

Hörmətli cənab Prezident!

Sizin şəhərimizə göstərdiyiniz yüksək qayğı gəncəlilər tərəfindən böyük rəğbətlə qarşılanır. Sizin xüsusi diqqətiniz və qayğınız sayəsində Gəncədə demək olar ki, bütün evlərin dam örtüyü yeniləri ilə əvəz edilir və binaların fasadları milli ornamenti qorunmaqla xüsusi zövqlə yenidən işlənir.

Hörmətli cənab Prezident, bütün bunlara görə şəxsən Sizə öz minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun!

Çox hörmətli Prezident, Siz daim Azərbaycan xalqının qeydinə qalmısınız və qalırsınız. Siz bunu öz işinizlə göstərdiniz. Bütün strukturların maaşlarının və bütün kateqoriyadan olan təqaüdçülərin təqaüdünün xeyli məbləğdə artırılması Sizin böyük rəhbər olmağınızdan xəbər verir.

Möhtərəm Prezident, qarşıdan növbəti prezident seçkiləri gəlir. Sizi əmin edirəm ki, mən və ailə üzvlərim bu seçkilərdə Sizə səs verəcəyik.

Seçkilərdə Sizə uğurlar arzulayıram. Allah Sizə kömək olsun!

Dərin hörmətlə,

Zeynalabdinzadə Yusif,
1-ci qrup əlil.

Azərbaycan Respublikası, Gəncə şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi