Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Valeh Mirzədən, Bakı, Azərbaycan

Text size Plus Minus

21 sentyabr 2013, 16:05

Hörmətli cənab Prezident!

Azərbaycan xalqının daim Heydər Əliyev siyasətini dəstəklədiyinə, Ulu Öndərin siyasi varisi olaraq, Sizin ötən on ildə apardığınız daxili və xarici siyasəti yüksək qiymətləndirdiyinə, millətimizin yenidən Sizi ölkəyə rəhbər təyin etmək arzusunda olduğuna söykənərək tam əminliklə deyə bilərəm ki, Siz ötən bu illər ərzində rəhbəri olduğunuz aparıcı partiyanın da etimadını xalqımıza hədsiz məhəbbətiniz və xidmətinizlə tam doğrultmusunuz. Məhz buna görə, yarım milyondan artıq üzvü olan partiyamız xalqın istəyini və arzusunu, eləcə də heç bir qüvvə tərəfindən basılması mümkün olmayan iradəsini ifadə edərək, Sizin kimi bacarıqlı, işgüzar, prinsipial, vətənpərvər rəhbərin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmüşdür.

Bu tarixi təqdimatın MSK tərəfindən qəbul olunması nəinki Azərbaycanda yaşayan soydaşlarımızda, eləcə də bütün dünya azərbaycanlılarında böyük ruh yüksəkliyi yaratmışdır.

Tolerant ölkəyə çevirdiyiniz çoxmillətli Azərbaycanda hüquqları tam qorunan, azad və sərbəst yaşayan başqa xalqların nümayəndələri də bu tarixi təqdimatdan olduqca məmnundurlar.

Hörmətli cənab Prezident, daim mütərəqqi ideyalar müəllifi olan, millətini sevən, Heydər Əliyev siyasətini fəal təbliğ edən bir ziyalı olaraq, Sizə, əvəzolunmaz liderə “çox sağ olun” deyirəm ki, millət üçün taleyüklü olan bu məsul vəzifəyə növbəti dəfə seçilmək üçün namizədliyinizin irəli sürülməsinə razılıq verdiniz.

Möhtərəm Prezident, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə gələcək fəaliyyətinizdə Sizə uğurlar diləyir, Allahdan Sizə cansağlığı, uzun ömür arzulayıram.

Allah Sizi qorusun!

Dərin hörmətlə,

Valeh Mirzə, şair, publisist.

Azərbaycan Respublikası, Bakı şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi