Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Abbas Zahidovdan, Lerik, Azərbaycan

Text size Plus Minus

21 sentyabr 2013, 16:45

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz, diqqət və qayğınız sayəsində respublikamız gündən-günə gözəlləşir, abadlaşır, bütün regionlarda yeni yollar çəkilir, tikinti-quruculuq işləri aparılır. Yeni iş yerləri açılır, gənclərin ata-baba yurdunda qalıb işləməsi təmin edilir. Bu diqqət və qayğını biz leriklilər öz rayonumuzda da aydın görürük. Rayonumuzun kəndlərinə qaz xətləri çəkilir, yeni məktəb binaları, sosial obyektlər tikilir, yollar təmir edilir, parklar salınır, küçə və meydanlar işıqlandırılır. Sizin fəaliyyətiniz insanlara, onların rifah halının yaxşılaşmasına xidmət edir. Təkcə son bir neçə ildə Lerikdə 44 məktəbin tikilməsi buna əyani sübutdur.

Yeni dərs ilində bizim Livədirqə kəndində də 180 yerlik yeni məktəb binası istifadəyə verildi.

Möhtərəm Prezident, Sizin Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığınız Sərəncamla tikintisi nəzərdə tutulan yola vəsait ayırdığınıza görə Sizə öz adımdan, kəndimizin ağsaqqalları və sadə əmək adamları adından dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Zahidov Abbas.

Azərbaycan Respublikası, Lerik rayonu, Livədirqə kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi