Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda
Text size
21 sentyabr 2013, 17:20
Əlahəzrət,
Əziz Qardaşım,
Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 sentyabr 2013-cü il.
