|
23 sentyabr 2013, 12:30
İlham Əliyev Avropa Milli Kitabxanaları Konfransının prezidentini və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidentini qəbul etmişdir
Prezident İlham Əliyev Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasineni və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti Qulisa Balabekovanı qəbul etmişdir. Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələrin iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin kitabxana işinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı qonaqların ölkəmizə bu səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi. Ölkəmizə ilk səfərlərindən məmnunluğunu bildirən Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine Bakının mərkəzində Azərbaycan Milli Kitabxanasının binasının onlarda dərin təəssürat yaratdığını dedi. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində və Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirində iştirak edəcəklərini vurğulayan qonaq Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.