|
23 sentyabr 2013, 16:00
Elşad Əzizov və başqalarından, Neftçala, Azərbaycan
Möhtərəm Prezident! Hər birimizə məlumdur ki, ölkəmizdəki sürətli inkişaf, sabitlik və insanların rifahının gündən-günə yaxşılaşması Sizin apardığınız uğurlu siyasətin nəticəsidir. Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da geniş abadlıq, quruculuq və yenidənqurma işləri aparılır və görülən işlər rayon sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Bu yaxınlarda Kürkənd kəndində yeni məktəb binasının tikintisinə başlanmışdır ki, bu da sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Hörmətli cənab Prezident, Kürkənd kənd sakinləri, ağsaqqalları, şəhid ailələri və ziyalıları Sizi həmişə dəstəkləyib, bu gün də dəstəkləyirlər. Yaxınlaşmaqda olan seçkilərdə Sizin namizədliyinizi müdafiə etməkdən qürur duyuruq. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.