Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Məhəmməd Mehtiyev və başqalarından, Ağcabədi, Taxta Körpü qəsəbəsi, Azərbaycan

Text size Plus Minus

21 may 2010, 16:14

Çox hörmətli cənab Prezident!

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı kimi 2003-cü ildən keçən dövrdə ölkəmizə qurucu, yüksək intellektə malik, demokratik bir dövlət başçısı kimi müdrikcəsinə rəhbərlik etməyinizdən, bütün Azərbaycan vətəndaşları kimi, respublikanın müxtəlif elm, təhsil sahələrində, idarəetmə və hüquq mühafizə orqanlarında işləyən laçınlı ziyalılar və sahibkarlar da qürur duyur, iftixar hissi keçirirlər.

Ötən bu illər ərzində uzaqgörən siyasətinizlə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişini, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşmasını, ölkəmizin bütün regionlarında müasir tələblərə cavab verən diaqnostika mərkəzlərinin, olimpiya-idman komplekslərinin, müxtəlif istehsal və emal müəssisələrinin tikilib istifadəyə verilməsini, yüzlərlə yeni təhsil ocaqlarının inşa olunmasını, bütün istiqamətlərə rahat yolların çəkilişini, Bakı şəhərində və regionlarda möhtəşəm quruculuq işlərinin aparılmasını bütün insanlar rəğbətlə qarşılayır, hər bir müvəffəqiyyətinizə ürəkdən sevinirlər.

Möhtərəm cənab Prezident!

Son illər dünyada cərəyan edən qlobal maliyyə böhranının bir çox aparıcı dövlətləri ağır iqtisadi tənəzzülə məruz qoyduğu bir zamanda ölkəmizin sosial-iqtisadi inkişafında davamlı iqtisadi artımlara nail olunmasını, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasını, aztəminatlı ailələrə dövlət tərəfindən sosial müavinətlərin ödənilməsinin davam etdirilməsini Sizin uğurlu iqtisadi konsepsiyanızın nəticəsi kimi qiymətləndiririk.

Laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdığı ərazilərdən biri kimi – Taxta Körpü qəsəbəsinin son zamanlar abad bir qəsəbəyə çevrilməsi, əraziyə qaz çəkilişinə başlanılması, məcburi köçkünlərin yaşayış şəraiti və məşğulluğu ilə bağlı həyata keçirilən tədbirlər Sizin laçınlılara olan xüsusi diqqət və qayğınızın əyani təzahürüdür.

Cənab Prezident!

Bu gün doğma Azərbaycanımızın daha da inkişaf edərək regionun lider dövlətinə çevrilməsi nəticəsində ölkəmizin dünya dövlətləri içərisində özünə layiqli yer tutaraq, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsi Sizin fədakar, yorulmaz fəaliyyətiniz və uzaqgörən siyasətiniz sayəsində mümkün olmuşdur.

Ölkəmizin bütün vətəndaşları kimi, laçınlı ziyalılar da ətrafınızda daha sıx birləşərək diqqət və qayğınız sayəsində əldə etdikləri bütün nailiyyətlərə görə Sizə dərin ehtiram və minnətdarlıqlarını bildirir, əvəzolunmaz Prezident kimi bütün daxili və xarici siyasətinizi daim dəstəkləyirlər.

Respublikamızın yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gecəli-gündüzlü əzmkar fəaliyyətinizi, işğal altında olan bütün torpaqlarımızın, xüsusilə, Laçın və Kəlbəcərin qaytarılması istiqamətindəki dəyişməz və qətiyyətli mövqeyinizi ürəkdən bəyənir və alqışlayırıq.

Hər birimiz qəti surətdə inanır və əminik ki, Sizin bu istiqamətdə yeritdiyiniz müdrik siyasət öz bəhrəsini verəcək, işğala məruz qalmış qədim Azərbaycan torpaqları tezliklə azad edilərək, bütün məcburi köçkünlər kimi laçınlılar da ata-baba yurdlarına qayıdacaqlar.

Dərin hörmət və ehtiramla,

Məhəmməd Mehtiyev – fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,

Mürsəl Həmidov – Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi,

Şikar Qasımov – tarix elmləri doktoru,

Maarif Cəfərov – fizika-riyaziyyat elmləri doktoru,

Rəhim Əliyev – Bərdə rayon prokuroru,

İmran Cümşüdov – kənd təsərrüfatı elmləri namizədi, sahibkar,

Allahyar İmanov – pedaqoji elmlər namizədi,

Müseyib İlyasov – pedaqoji elmlər namizədi,

İbrahim Əhmədov – tibb elmləri namizədi, əməkdar müəllim. Cəmi 250 nəfər.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsi
 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi