Gerb

23 sentyabr 2013, 19:20

Hörmətli xanım Federal Kansler,

Başçılıq etdiyiniz siyasi birliyin parlament seçkilərində inamlı qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam və etimadın təzahürüdür.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 sentyabr 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR