Rauf Mustafayevdən, Mingəçevir, Azərbaycan
Text size
23 sentyabr 2013, 19:25
Hörmətli cənab Prezident!
Bərdə rayonu Seyidyusifli kəndində Seyid Yusif Ağanın ziyarətgahına göstərdiyiniz qayğıya görə Sizə minnətdarıq. Siz ulu öndərin layiqli varisi kimi bizdə böyük inam yaratmısınız. Biz inanırıq ki, Azərbaycan xalqının tərəqqisi üçün gördüyünüz işlər bizi daha xoşbəxt günlərə aparacaqdır. İnsanlarımızın rahatlığı və sosial rifahının yaxşılaşdırılması naminə gərgin fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Allah Sizi qorusun!
Hörmətlə,
Mustafayev Rauf Güloğlan oğlu.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.
