Gerb

24 sentyabr 2013, 17:30

Hörmətli cənab Prezident!

Azərbaycanın bütün gəncləri kimi mən də ölkəmizin inkişafı, əhalimizin rifahının yaxşılaşdırılması üçün gördüyünüz işləri ürəkdən bəyənir və bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm. Mən ulu öndər Heydər Əliyevin siyasətini həmişə dəstəkləmişəm və bu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsindən böyük fərəh hissi keçirirəm.

Hörmətli cənab Prezident, sadə bir vətəndaş olaraq bu məktubu yazmaqda məqsədim Sizin rəhbərliyinizlə ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən qürur duyduğumu ifadə etməklə yanaşı, həm də bu nailiyyətlərə qəsdən göz yuman bəzi şəxslərin hərəkətlərindən narazılığımı bildirməkdir. Bu şəxslər televiziya kanallarında aparılan təşviqat kampaniyasında özlərinin də başa düşmədiyi cümlələrlə xalqa nəyisə başa salmağa çalışırlar. Lakin heç kim onlara inanmır. Allah ölkəmizi belələrindən qorusun! Allah daim Sizə kömək olsun! Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Ağayev Namiq.

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Yergüc kəndi.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR