Gerb

25 sentyabr 2013, 17:55

Hörmətli cənab Prezident,

Nayrobi şəhərindəki ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni qətiyyətlə dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına Azərbaycan xalqı adından və öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 sentyabr 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR