Gerb

25 sentyabr 2013, 18:40

Möhtərəm Prezident! 

Sizin hərtərəfli qayğınız sayəsində rahat yaşayır və rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olmaqdan qürur duyuruq. Biz Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərkən yalnız torpaqlarımızı qorumaq barədə düşünürdük. Canımızı Vətən yolunda fəda edirdik. Fikirləşmirdik ki, qayıdıb ev, maşın alacağıq, dövlət bizə qayğı göstərəcək, pensiya verəcək. Bununla belə biz Uca Allahın qisməti, ölkə rəhbərinin mərhəməti ilə rastlaşdıq. Bütün bunlara görə Tanrı qarşısında səcdəyə gəlir, Sizə minnətdar oluruq.

Möhtərəm Prezident, Sizin diqqətiniz sayəsində bir neçə il əvvəl İsmayıllı şəhərinin Heydər Əliyev prospektində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası tikilmiş və biz həmin binaya köçmüşük. Bu yaxınlarda əlavə təmir işləri aparılaraq, mənzillərin şəraiti daha da yaxşılaşdırılmış, binanın fasadı üzlük daşlarla yenilənmişdir.

Sakinlər görülən işlərdən tam razıdırlar.

Hörmətli cənab Prezident, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərdiyiniz qayğıya görə binamızın bütün sakinləri Sizə dönə-dönə təşəkkür edirlər.

Hörmətlə,

Baxışov Cavid.

Azərbaycan Respublikası, İsmayıllı rayonu. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR