Gerb

26 sentyabr 2013, 17:00

Hörmətli cənab Prezident!

Bu gün Siz bizə böyük sevinc və fərəh bəxş etmisiniz. Gəncə şəhərinin sosial-iqtisadi inkişafı və şəhərimizdə Gənclər Evinin, Heydər Əliyev adına Mərkəzin, Məhsəti Gəncəvi adına Mərkəzin, İmamzadə kompleksinin tikintisi barədə imzaladığınız sərəncamlara görə Sizə şəhərimizin sakinləri, o cümlədən gəncləri adından dərin minnətdarlığımızı bildirir, çox sağ olun deyirik. Sizin bu sərəncamlarınız şəhərimizin abadlaşdırılması, Gəncənin 2016-cı ildə Avropa Gənclər Paytaxtı olmasına zəmin yaradan əvəzsiz töhfədir.

Hörmətli cənab Prezident, gəncəlilərə, o cümlədən gənclərə göstərdiyiniz qayğıya görə Sizə minnətdarıq. Bu gün hər kəs dərk edir ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan çox qısa zamanda öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bütün hədəflərə qovuşacaqdır. Sizin yorulmaz fəaliyyətiniz dövlətimizi xoşbəxt və parlaq gələcəyə aparır. Hər bir Azərbaycan vətəndaşı bunu öz həyatında hiss edir və əmindir ki, onun bütün arzularını məhz Siz reallaşdıracaqsınız. Möhtərəm Prezident, bütün gəncəlilər və gənclər adından bir daha Sizə dərin təşəkkürümüzü bildiririk.

Dərin hörmətlə,

Bağırzadə Bəşir.

Azərbaycan Respublikası, Gəncə şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR