2013-cü il avqustun 15-də Qəbələ şəhərində imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər Nazirlikləri arasında Əməkdaşlıq Protokolu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Text size
26 sentyabr 2013, 20:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il avqustun 15-də Qəbələ şəhərində imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər Nazirlikləri arasında Əməkdaşlıq Protokolu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Protokolunun müddəalarının həyata keçirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2013-cü il.
