Gerb

26 sentyabr 2013, 20:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il avqustun 11-də Bakı şəhərində qəbul edilmiş “Azərbaycan Respublikası Prezidentinin və İtaliya Respublikası Baş nazirinin enerji sahəsində əməkdaşlıq haqqında Birgə Bəyannaməsi” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Birgə Bəyannamənin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
604 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR