Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

2013-cü il avqustun 11-də Bakı şəhərində qəbul edilmiş “Azərbaycan Respublikası Prezidentinin və İtaliya Respublikası Baş nazirinin enerji sahəsində əməkdaşlıq haqqında Birgə Bəyannaməsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size Plus Minus

26 sentyabr 2013, 20:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il avqustun 11-də Bakı şəhərində qəbul edilmiş “Azərbaycan Respublikası Prezidentinin və İtaliya Respublikası Baş nazirinin enerji sahəsində əməkdaşlıq haqqında Birgə Bəyannaməsi” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Birgə Bəyannamənin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi