Gerb

26 sentyabr 2013, 20:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 680-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008, № 3, maddələr 169, 186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8, maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012, № 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117, № 12, maddə 1238; 2013, № 2, maddə 108, № 4, maddələr 370, 372, 376) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.5-ci bəndə “104.4-cü,” sözlərindən sonra “126.1.1-126.1.8-ci, 126.2-ci (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə),” sözləri əlavə edilsin;

2. 2.9-cu bəndə “104.4-cü” sözlərindən sonra “, 126.1.1-126.1.8-ci, 126.2-ci (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə)” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
604 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR