Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ümumvətəndaş, xidməti və diplomatik pasportların spesifikasiyası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
26 sentyabr 2013, 21:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ümumvətəndaş, xidməti və diplomatik pasportların spesifikasiyası”nı “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 696) ilə təsdiq edilmiş “Ümumvətəndaş, xidməti və diplomatik pasportların spesifikasiyası”nın 13-cü hissəsinin ikinci cümləsində “hər əlindən bir barmaq izi” sözlərindən əvvəl “15 yaşına çatmış vətəndaşın” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2013-cü il.
