Gerb

27 sentyabr 2013, 15:30

Hörmətli cənab Prezident! 

Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmizdə sabitlik, əmin-amanlıq, firavanlıq hökm sürür. Bütün dünya Azərbaycanın qazandığı misilsiz nailiyyətlərə heyran qalır. Ölkə vətəndaşları rahat və xoşbəxt həyat sürürlər. Biz fəxr edirik ki, öz xalqını bu qədər sevən Prezidentimiz vardır.

Hörmətli cənab Prezident, mən bir seyid övladı olaraq həmişə dua edirəm ki, Allah Sizi bəd nəzərdən qorusun. Sizə uzun ömür, cansağlığı və uğurlar arzulayıram. Əminəm ki, qarşıdan gələn Prezident seçkilərində xalqımız öz işıqlı gələcəyi naminə yenidən Sizi dəstəkləyəcəkdir.

Hörmətlə,

Cəfərov Bəhmən.

Azərbaycan Respublikası, Bakı şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR