|
23 sentyabr 2013, 11:15
Vaqif Abdullayev və başqalarından, Salyan, Azərbaycan
Möhtərəm Prezident! Bütün Azərbaycan xalqı kimi Salyan rayonunun Şorsulu kəndinin sakinləri də Sizin apardığınız siyasəti bəyənir və daim ətrafınızda sıx birləşirlər. Biz bu siyasətin səmərəli nəticələrini rayonumuzda, eləcə də kəndimizdə aparılan abadlıq və quruculuq işlərində görürük. Sizin diqqət və qayğınız sayəsində Salyanda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri istifadəyə verilmiş, istehsal və emal müəssisələri açılmış, kəndlərdə sutəmizləyici qurğular quraşdırılmış, yollar çəkilmişdir. Sizin bu günlərdə rayonumuza gəlişiniz, sakinlərimizlə görüşünüz, rayonumuzun abadlıq-quruculuq işlərinin davam etdirilməsi, körpü tikintisi, avtomobil yolunun yenidən qurulması üçün vəsait ayırmağınız salyanlıları bir daha sevindirdi və onlarda böyük ruh yüksəkliyi yaratdı. Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzulayırıq. Qarşıdan gələn prezident seçkilərində biz hamılıqla məhz Sizə səs verəcəyik.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.