|
30 sentyabr 2013, 12:15
Zaur Mirzəzadədən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin qətiyyətli addımlarınızın nəticəsidir ki, bu gün Vətənimiz Azərbaycan qüdrətli bir ölkəyə çevrilmişdir. Ulu öndərimizin düşünülmüş siyasəti nəticəsində xalqımız bir çox imtahanlardan üzü ağ çıxmağı bacardı. Ölkəmizi inkişafa aparan yolu, xalqımızın rifahına düşünülmüş siyasətin təməlini ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Yaxın tarixə nəzər saldıqda, bu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsinin şahidi oluruq. Son 10 il ərzində Azərbaycanda abadlıq-quruculuq işləri yüksək sürətlə həyata keçirilir. Regionlarımızın inkişafı Sizin bilavasitə diqqətinizdədir. Ölkədə ən kiçik problem belə Sizin nəzərinizdən yayınmır. Bütün bunlar ölkə başçısı kimi Sizin Vətənimizə, xalqımıza qayğınızın bariz nümunəsidir və daim xalqımızın yanında olmağınız bizi daha da fərəhləndirir. Fəaliyyətiniz dövründə xalqımızın rifahının yüksəlməsi, ölkəmizdəki sabitlik və Azərbaycanın regionda lider dövlətə çevirməsi təqdirəlayiqdir. Biz gənclər öz gələcəyimizi Sizin yürütdüyünüz düşünülmüş siyasətə etibar etdiyimiz üçün yanılmamışıq. Biz inanırıq ki, Vətənimiz Azərbaycan Sizin rəhbərliyiniz altında daha da inkişaf edəcək, xalqımız firavan yaşayacaqdır. Bu il oktyabrın 9-da keçiriləcək seçkilərdə qələbə Sizinlə olacaqdır. Sizin qələbəniz Azərbaycan xalqının qələbəsidir. Biz ümid edirik ki, Sizin yürütdüyünüz siyasət nəticəsində işğal olunmuş ərazilərimizdə qələbə sevinci yaşayacağıq. Sizə möhkəm cansağlığı, bu çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Qələbə sevincini birlikdə yaşayaq!
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.