Zaur Mirzəzadədən, Bakı, Azərbaycan
30 sentyabr 2013, 12:15
Hörmətli cənab Prezident!
Sizin qətiyyətli addımlarınızın nəticəsidir ki, bu gün Vətənimiz Azərbaycan qüdrətli bir ölkəyə çevrilmişdir. Ulu öndərimizin düşünülmüş siyasəti nəticəsində xalqımız bir çox imtahanlardan üzü ağ çıxmağı bacardı. Ölkəmizi inkişafa aparan yolu, xalqımızın rifahına düşünülmüş siyasətin təməlini ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Yaxın tarixə nəzər saldıqda, bu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsinin şahidi oluruq. Son 10 il ərzində Azərbaycanda abadlıq-quruculuq işləri yüksək sürətlə həyata keçirilir. Regionlarımızın inkişafı Sizin bilavasitə diqqətinizdədir. Ölkədə ən kiçik problem belə Sizin nəzərinizdən yayınmır. Bütün bunlar ölkə başçısı kimi Sizin Vətənimizə, xalqımıza qayğınızın bariz nümunəsidir və daim xalqımızın yanında olmağınız bizi daha da fərəhləndirir. Fəaliyyətiniz dövründə xalqımızın rifahının yüksəlməsi, ölkəmizdəki sabitlik və Azərbaycanın regionda lider dövlətə çevirməsi təqdirəlayiqdir. Biz gənclər öz gələcəyimizi Sizin yürütdüyünüz düşünülmüş siyasətə etibar etdiyimiz üçün yanılmamışıq. Biz inanırıq ki, Vətənimiz Azərbaycan Sizin rəhbərliyiniz altında daha da inkişaf edəcək, xalqımız firavan yaşayacaqdır. Bu il oktyabrın 9-da keçiriləcək seçkilərdə qələbə Sizinlə olacaqdır.
Sizin qələbəniz Azərbaycan xalqının qələbəsidir. Biz ümid edirik ki, Sizin yürütdüyünüz siyasət nəticəsində işğal olunmuş ərazilərimizdə qələbə sevinci yaşayacağıq. Sizə möhkəm cansağlığı, bu çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Qələbə sevincini birlikdə yaşayaq!
Hörmətlə,
Zaur Mirzəzadə.
Azərbaycan Respublikası, Bakı şəhəri.
