|
27 oktyabr 2010, 17:54
Ağcabədi rayonunun bir qrup fəalları adından, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan gündən-günə abadlaşır, yeni istehsal və emal müəssisələri yaradılır, sosial problemlər aradan qaldırılır, insanların maddi rifahı yaxşılaşır. Cənab Prezident, 2008-ci ilin yanvarında Ağcabədiyə səfəriniz zamanı 14 min nəfərdən artıq əhalisi olan Qaradolaq, Aran, Mehrablı və Kəbirli kəndlərinin 10 illərlə davam edən içməli su problemi Sizin qayğınız və təşəbbüsünüzlə həll edildi. Ümumiyyətlə, Sizin diqqət və qayğınız sayəsində rayonumuz hərtərəfli inkişaf edir. Rayonumuza qaz çəkilişi sürətlənmiş, 2 süd emalı zavodu, müasir tipli xəstəxana və sair obyektlər tikilmişdir. Bu günlərdə bizi bir daha sevindirdiniz. 2010-cu il oktyabrın 21-də imzaladığınız Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun yenidən qurulması məqsədilə 1,5 milyon manat vəsait ayırdınız. Beş məntəqəni birləşdirən bu yolun yenidən qurulması elə bu kəndlərin də yenidən qurulması və əhalinin ən vacib problemlərinin həll edilməsi deməkdir. Möhtərəm Prezident, bizə göstərdiyiniz bu qayğı və diqqətə görə bütün kənd sakinləri, ağsaqqal və ağbirçəklərimiz, gənclərimiz və bütün Ağcabədi əhalisi adından Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, respublikamız üçün gördüyünüz bütün işlərinizdə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, biz Sizin daxili və xarici siyasətinizi həmişə olduğu kimi bundan sonra da dəstəkləyəcək və hər zaman Sizinlə birlikdə olacağıq.
Ulu Tanrı Sizə yar olsun! AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.