|
02 oktyabr 2013, 15:35
Fəxrəddin Kərimbəylidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının əzmlə davam etdirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bu sahədə həyata keçirilən məqsədyönlü islahatların, o cümlədən “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən qəsəbələrdə infrastruktur daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Tədbirlər Proqramının icrası nəticəsində Bakının Sabunçu qəsəbəsində elektrik enerjisi, qaz, su təchizatı üzrə layihələr həyata keçirilmiş, 2 məktəb, 1 uşaq bağçası və qəsəbə poliklinikası əsaslı şəkildə təmir edilmişdir. Qəsəbədə yeni müəssisələr və iş yerləri açılmış, ekoloji tarazlıq yaradılması üçün Balaxanı Bərk Məişət Tullantıları Zavodu tikilərək istifadəyə verilmişdir. Uzun illər qəsəbə sakinlərinin əsas problemi olan su problemi də artıq həll edilmişdir. Hörmətli cənab Prezident, Balaxanı qəsəbəsinin inkişafı istiqamətində görülən işlərə görə Sizə Balaxanı sakinləri adından təşəkkürümüzü bildirir və Sizi əmin edirik ki, qarşıdan gələn prezident seçkilərində Sizə səs verəcəyik. Çətin və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Hörmətlə, 02 oktyabr 2013, 12:30
İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak etmişdir
more...
02 oktyabr 2013, 18:05
Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.