Gerb

03 oktyabr 2013, 15:00

Möhtərəm cənab Prezident! 

Bu gün ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarının Sizin rəhbərliyiniz və prinsipial mövqeyinizlə uğurla həyata keçirilməsi, genişmiqyaslı quruculuq işləri, uğurlu xarici siyasət respublikamızı regionun lider dövlətinə çevirmiş, Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişafa nail olmuşdur. Qeyd edilən nailiyyətlər Sizin xalqa və millətə sevginizdən, diqqət və qayğınızdan irəli gəlir. Bu qayğı, diqqət və himayənizi mən və mənim ailə üzvlərim hər zaman üzərimizdə hiss edirik. Əminik ki, cari ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində böyük fərəh və iftixar hissi ilə Sizin inamlı qələbənizi, ulu öndər Heydər Əliyevin parlaq ideya və amallarının təntənəsini bayram edəcəyik. Biz ailə üzvlərimizlə birlikdə Sizə səs verəcəyik. Dövlətçiliyimizin inkişafında fədakar əməyinizi özümüzə örnək bilərək, göstərdiyiniz bu qayğını əməllərimizlə doğruldacaq, dövlətimizə və Prezidentimizə sədaqətli olmaqla üzərimizə düşən vəzifələri vicdanla icra edəcəyik. Sizin şəxsi qayğınız, diqqətiniz və himayənizlə gənclərimiz hər sahədə qazandıqları uğurların sayını daim artırırlar. İcazə verin, cənab Prezident, hər bir Azərbaycan vətəndaşına, o cümlədən mənə və ailə üzvlərimə olan diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirək.

Dərin hörmət və ehtiramla,

Tağıyev Rafiq Həsənqulu oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
604 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR