|
03 oktyabr 2013, 13:30
İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına “Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilinə də töhfəsini verməkdədir. Həm insanların istirahətinin təşkilində, həm də şəhər və rayonlarımızın simasının daha da gözəlləşməsində yeni parkların salınması mühüm rol oynayır. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, “Kimyaçı” mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. Həmin vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Müasir fəvvarə meydana xüsusi yaraşıq verməklə yanaşı, həm də istirahət edənlərin könlünü oxşayır. Burada həm mərkəzə gələn qonaqlar, həm də Sumqayıt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılmışdır. Sonra Prezident İlham Əliyev “Kimyaçı” Mədəniyyət Sarayının stendi ilə tanış oldu. Qeyd edildi ki, saray bundan sonra Sumqayıt Mədəniyyət Mərkəzi adlanacaqdır. Üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində 800 yerlik böyük kino-konsert salonu, ikinci mərtəbədə müşavirə və iclas zalları vardır. Mədəniyyət Mərkəzində teatr tamaşaları, konsert proqramları, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılacaqdır. Burada, həmçinin restoran, sərgi salonu və müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində 260 yerlik avtomobil dayanacağının yaradılması da nəzərdə tutulmuşdur. Dövlət başçısı mərkəzin yenidən qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.