Gerb

27 oktyabr 2010, 18:05

Hörmətli cənab Prezident,

Çexiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu gün Azərbaycan ilə Çexiya arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Daim genişlənən dostluq əlaqələrimiz qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız üçün böyük imkanlar açır. Əminəm ki, bu imkanlardan səmərəli istifadə olunması istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 oktyabr 2010-cu il

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR