|
03 oktyabr 2013, 14:40
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunun açılışında iştirak etmişdir
Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunun açılışı olmuşdur. Prezident İlham Əliyev açılışda iştirak etmişdir. Azərbaycanda son dövrlərdə neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində çox mühüm və ardıcıl layihələr həyata keçirilmişdir. Dövlətimizin başçısının müvafiq fərmanları ilə texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətə davamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində ilk sərmayəçi olan “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu cür müasir istehsal müəssisələrinin istifadəyə verilməsi ölkə sənayesinin inkişafını daha da sürətləndirəcəkdir. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verir, bununla da son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlarına təminat yaratmış olur. Digər tərəfdən bu cür müəssisələr ölkədə iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir. Prezident İlham Əliyev ərazinin maketinə baxdı. Bildirildi ki, polad boru zavodundan əlavə yaxın zamanda burada mexaniki və hidrotexniki avadanlıq zavodları istifadəyə veriləcəkdir. Dövlət başçısına polad boru zavodunun iqtisadi-texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, burada müxtəlif diametrli polad borular istehsal ediləcəkdir. Layihəyə uyğun olaraq zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 100 min ton polad borular istehsal olunacaqdır. Burada hazırlanacaq polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunacaqdır. Prezident İlham Əliyevə mexaniki və hidrotexniki avadanlıq zavodlarının texniki göstəriciləri və burada istehsal olunacaq məhsullar barədə geniş məlumat verildi. Dövlət başçısı zavodu işə saldı.
Prezident İlham Əliyev istehsal prosesi ilə tanış oldu. İlkin mərhələdə xammal kimi alınmış 30 tonluq rulonlar tam avtomatik olaraq spiral qaynaq aparatına bağlanılır və rulonlar açılıb ütülənərək bükülməyə verilir. Qaynaq prosesi bitdikdən sonra boru xüsusi müayinədən keçir. Sonrakı mərhələdə boru hidrotest vasitəsilə yoxlanılır. Zavodda məhsulun keyfiyyətini tam yoxlamaq üçün rentgen müayinəsi aparatı da quraşdırılmışdır. Sonra boru üzərindəki pas və çirkdən təmizlənmək üçün qumlama və boyama bölmələrinə ötürülür. Diqqətə çatdırıldı ki, zavodda 500 nəfər işlə təmin olunacaqdır. Burada istehsal edilən polad və polietilen borular əsasən daxili bazarda olan tələbatın ödənilməsinə yönəldiləcəkdir. Bu tələbat tam ödənildikdən sonra istehsal olunan boruların xaricə, o cümlədən Rusiyaya, Qazaxıstana, Gürcüstana, Türkmənistana və digər ölkələrə ixrac edilməsi planlaşdırılır. ![]() 03 oktyabr 2013, 14:10
İlham Əliyev “Sağlam qida” aqrar-sənaye kompleksinin açılışında iştirak etmişdir
more...
03 oktyabr 2013, 14:20
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.