Nəzrin Mürsəqulovadan, Bakı, Azərbaycan
03 oktyabr 2013, 14:00
Hörmətli cənab Prezident!
Sizə qarşıdan gələn prezident seçkilərində müvəffəqiyyətlər və qələbə arzulayıram. İnanıram ki, Azərbaycanın beynəlxalq ictimaiyyətə inteqrasiyası bundan sonra da davam edəcəkdir. Biz Azərbaycanın dünya arenasında tanınmasında, müstəqil ölkə kimi qəbul edilməsində ümummilli liderimiz, dahi siyasətçi Heydər Əliyevə minnətdarıq.
Hörmətli cənab Prezident, Sizin gənclərlə bağlı fəaliyyətinizi yüksək qiymətləndiririk. Bunun nəticəsində gənclərimiz dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə etmişlər və əminik ki, onlar ölkəmizin gələcək uğurlarına öz töhfələrini verəcəklər.
Sizə və Sizin ailənizə xoşbəxtlik və cansağlığı arzulayıram.
Hörmətlə,
Mürsəqulova Nəzrin.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.
