Gerb

07 oktyabr 2013, 11:30

Hörmətli cənab Prezident! 

Biz qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyir və Sizə uğurlar arzulayırıq. Əslində xalqımız öz seçimini 20 il bundan əvvəl çətin vəziyyətdə olarkən ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə səs verəndə qəti olaraq müəyyən etmişdir. Həmin vaxt ulu öndər dövlətimizin müstəqilliyini qorudu, geniş islahatlar həyata keçirdi, Azərbaycanın gələcək inkişafını müəyyənləşdirdi.

Hörmətli cənab Prezident, Siz ulu öndərin siyasi xəttini uğurla davam etdirərək, ölkəmizi yeni tərəqqi mərhələsinə çıxarmısınız. Azərbaycan sürətlə inkişaf edərək, dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilmişdir. Bütün sahələrdə böyük nailiyyətlər qazanılmış, xalqın həyat səviyyəsi xeyli yüksəlmişdir. Biz Sizin rəhbərliyiniz altında ölkəmizin əldə etdiyi bu nailiyyətlərdən fərəh və qürur hissi keçirir, bütün bunlara görə Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Musayev İzzət.

Azərbaycan Respublikası, Mingəçevir rayonu. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
604 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR