|
07 oktyabr 2013, 12:00
İbrahim Həsənovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident! Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də biz səsimizi Sizə verəcəyik. Xalqımız Sizin rəhbərliyiniz sayəsində əldə etdiyimiz nailiyyətləri yüksək qiymətləndirir və Sizə inanır. Biz bu nailiyyətlərə göz yuman müxalifətçilərin mənasız şousunu 90-cı illərdən bəri görə-görə gəlirik. Onların danışıqlarının hamısı yalandır. Özləri hakimiyyətdə olarkən xalq üçün heç nə etmədikləri halda, indi Sizin gördüyünüz misilsiz işləri gözdən salmağa çalışırlar. Hörmətli cənab Prezident, biz Sizin dövlət başçısı kimi fəaliyyətinizin nəticələrini hər gün öz həyatımızda hiss edirik. Rifahımızdan çox razıyıq. Evimizdə qaz, su, işıq daim var, çörəyimiz boldur. Küçəyə çıxanda da abadlıq və quruculuq işlərinin şahidi oluruq. Hər yerdə əmin-amanlıq, sabitlik bərqərar olmuşdur. Başqa ölkələrdə müşahidə etdiyimiz terror, özbaşınalıq, hegemonluq kimi hallar respublikamızda yox dərəcəsindədir. Vətəndaşların hüquqları dövlət tərəfindən tam qorunur. Biz bütün bunlara görə Sizə minnətdarlığımızı bildirir və daha böyük uğurlar arzulayırıq.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.