İbrahim Həsənovdan, Cəlilabad, Azərbaycan
07 oktyabr 2013, 12:00
Hörmətli cənab Prezident!
Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də biz səsimizi Sizə verəcəyik. Xalqımız Sizin rəhbərliyiniz sayəsində əldə etdiyimiz nailiyyətləri yüksək qiymətləndirir və Sizə inanır. Biz bu nailiyyətlərə göz yuman müxalifətçilərin mənasız şousunu 90-cı illərdən bəri görə-görə gəlirik. Onların danışıqlarının hamısı yalandır. Özləri hakimiyyətdə olarkən xalq üçün heç nə etmədikləri halda, indi Sizin gördüyünüz misilsiz işləri gözdən salmağa çalışırlar.
Hörmətli cənab Prezident, biz Sizin dövlət başçısı kimi fəaliyyətinizin nəticələrini hər gün öz həyatımızda hiss edirik.
Rifahımızdan çox razıyıq. Evimizdə qaz, su, işıq daim var, çörəyimiz boldur. Küçəyə çıxanda da abadlıq və quruculuq işlərinin şahidi oluruq. Hər yerdə əmin-amanlıq, sabitlik bərqərar olmuşdur. Başqa ölkələrdə müşahidə etdiyimiz terror, özbaşınalıq, hegemonluq kimi hallar respublikamızda yox dərəcəsindədir. Vətəndaşların hüquqları dövlət tərəfindən tam qorunur.
Biz bütün bunlara görə Sizə minnətdarlığımızı bildirir və daha böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Həsənov İbrahim Həmdulla oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Qarazəncir kəndi.
