Ramin Ələkbərovdan, Sumqayıt, Azərbaycan
07 oktyabr 2013, 15:40
Möhtərəm Prezident!
Sizin siyasətiniz nəticəsində Azərbaycanımız gündən-günə inkişaf edir. Mən və ailəm Sizinlə fəxr edirik. İnşallah qarşıdan gələn prezident seçkilərində xalqımız sidqi ürəklə Sizi dəstəkləyib üçüncü dəfə Azərbaycanımızın prezidenti seçəcəkdir. Allah Sizə cansağlığı və uzun ömür versin. Azərbaycanın gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm. Siz Azərbaycanın şəhər və rayonlarını gəzdikdə və insanlarla görüşdükdə ürəyimiz dağa dönür. Sizin səfərlərinizi daim diqqətdə saxlayır və izləyirik. Biz gənclər Sizə hər zaman inanır və bundan sonra da inanacağıq. Çünki bizim Prezidentimiz ulu öndər Heydər Əliyevin yolunu davam etdirir və apardığı düzgün siyasət nəticəsində Azərbaycanı dünyaya tanıdır.
Hörmətli cənab Prezident, bir azərbaycanlı kimi Sizi çox sevirəm. Ürəyimdən Sizə məktub yazaraq, Sizinlə fəxr etdiyimi bildirmək keçdi. Allah Sizi bizə çox görməsin. Həmişə bizimlə olun!
Hörmətlə,
Ələkbərov Ramin Məsud oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
