|
07 oktyabr 2013, 16:00
Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç, Ad gününüz münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin rəhbərliyinizlə dost Rusiya dövlət və demokratiya təsisatlarının təkmilləşdirilməsi, iqtisadi, sosial və humanitar sahələrin dinamik inkişafı ilə bağlı genişmiqyaslı proqramların və layihələrin həyata keçirilməsində sanballı uğurlar qazanmışdır. Dünya arenasında ölkənizin mövqeyinin möhkəmlənməsi, beynəlxalq və regional məsələlərdə onun rolunun artması Sizin adınızla bağlıdır. Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Bu gün ölkələrimiz arasında çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri, əməkdaşlıq və strateji tərəfdaşlıq hərtərəfli inkişaf edir və genişlənir. Sizin bu yaxınlarda Azərbaycana səfərinizi, mehribanlıq şəraitində görüşlərimizi və söhbətlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, qarşılıqlı anlaşma, mehriban qonşuluq və konstruktiv dialoq xalqlarımızın və ölkələrimizin firavanlığı, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə ölkələrimiz arasında sıx əməkdaşlığın daim ayrılmaz tərkib hissəsi olacaqdır. Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə cansağlığı, firavanlıq və uğurlar diləmək istəyirəm. Dərin hörmətlə,
İlham Əliyev AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.