|
10 oktyabr 2013, 13:00
Türkiyə Respublikasının Prezidenti Abdullah Güldən
Hörmətli Prezident! Azərbaycanda keçirilən prezident seçkiləri nəticəsində bu ən yüksək vəzifəyə yenidən seçilməyiniz münasibətilə Zati-alilərinizi öz adımdan və Türk xalqı adından ürəkdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm. Seçkilərin həmişəki kimi əmin-amanlıq və dinc şəraitdə uğurla keçməsindən böyük xoşbəxtlik duyduq. Nəticələrin Azərbaycan xalqına xeyirli olmasını arzu edirəm. Xalqlarımız arasındakı dərin qardaşlıq və məhəbbət tellərinə əsaslanan və tarix boyunca özünəməxsus xarakter daşıyan Türkiyə-Azərbaycan münasibətləri ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının əsasında müştərək səylərimizlə mükəmməl bir səviyyəyə çatmışdır. Zati-alilərinin indiyə qədər olduğu kimi, bundan sonra da əməkdaşlığımızın hər sahədə genişləndirilməsini təmin edəcək addımların atılmasını davam etdirəcəyinə olan inamım qətidir.
Bu münasibətlə Zati-aliləri əziz qardaşımı ən qısa müddətdə Türkiyədə qonaq qəbul etməkdən duyacağım xoşbəxtliyi bir daha bildirir, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqının əmin-amanlığının və rifahının daimi olmasını diləyirəm. Türkiyə Respublikasının Prezidenti AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.