|
10 oktyabr 2013, 15:40
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğandan
Hörmətli Prezident, əziz dostum! 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərində bu ali vəzifəyə yenidən seçilməyiniz münasibətilə millətim, hökumətim və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirirəm. Bu münasibətlə dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən seçkilərin əmin-amanlıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyduğumu ifadə etmək istəyirəm. Bu gün qardaş Azərbaycanın böyük uğurlar qazanaraq bölgəsində bir sabitlik abidəsi kimi yüksəlməsində bütün dünyanın təqdir etdiyi müstəsna öndərliyinizin payı şübhəsiz ki, böyükdür. Türkiyə və Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda inkişafında aparıcı rolunuzun davam edəcəyindən və bu əsasda atacağımız müştərək addımlarla ikitərəfli əlaqələrimizin qardaş xalqlarımızın xeyrinə olacaq şəkildə daha da yüksək səviyyələrə çatdırılacağına tam əminəm.
Bu fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycanın rifahı və əmin-amanlığı üçün ən səmimi diləklərimi çatdırıram. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.