Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən

10 oktyabr 2013, 15:15

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
İnanıram ki, Sizin yüksək dövlət vəzifəsində fəaliyyətiniz gələcəkdə Azərbaycanın daha hərtərəfli inkişafına və firavanlığına şərait yaradacaqdır.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni zirvələrə çatmağınızı, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Ən xoş arzularla,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezidenti