|
10 oktyabr 2013, 16:40
İlham Əliyev MDB-nin müşahidə missiyası rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Sergey Lebedev rəhbərlik etdiyi müşahidə missiyasının adından dövlətimizin başçısını Prezident seçkilərində böyük səs çoxluğu ilə əldə etdiyi inamlı qələbə münasibətilə ürəkdən təbrik etdi. Seçki günü yerli müşahidəçilər və seçicilərlə səsvermənin gedişi ilə bağlı yaxından maraqlandıqlarını vurğulayan Sergey Lebedev onların birmənalı olaraq sabitliyə və inkişafa səs verəcəkləri ilə bağlı fikirlərinin şahidi olduqlarını dedi. Səsvermənin nəticələrinə toxunan qonaq bildirdi ki, nəticələr Azərbaycan xalqının öz liderinə arxalandığını və görülən işlərin perspektivlərinə inandığını göstərdi. Sergey Lebedev Prezident İlham Əliyevin həyata keçirdiyi kursun Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən MDB-də nüfuzunun daha da möhkəmləndirilməsi və eyni zamanda, Birlik ölkələri ilə səmimi qonşuluq, iqtisadi, humanitar əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlət başçısı ölkəmizdə keçirilən Prezident seçkilərində müşahidəçi kimi iştirak etdiklərinə görə MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevə və missiyanın üzvlərinə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün maksimum şəraitin yaradılması istiqamətində lazımi işlərin görüldüyünü və seçki prosesinin demokratik şəraitdə keçdiyini dedi. Dövlətimizin başçısı Azərbaycan xalqının ölkədə həyata keçirilən siyasətin nəticələrinə səs verdiklərini vurğuladı və ölkəmizin inkişafı ilə bağlı uğurlu nəticələrə əsaslanan bu siyasətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.