|
10 oktyabr 2013, 17:00
İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak edən nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak edən nümayəndə heyətini qəbul etmişdir. Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək başçılıq etdiyi nümayəndə heyəti adından dövlətimizin başçısını prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə təbrik etdi. O, prezident seçkiləri ilə bağlı ölkəmizin müxtəlif bölgələrində olduqlarını, seçicilərin, xüsusilə gənclərin yüksək fəallıq göstərdiklərini dedi. Haluk İpək müşahidə missiyasının tərkibində Ədalət və İnkişaf Partiyası ilə yanaşı, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarını Türkiyə Böyük Millət Məclisində təmsil edən millət vəkillərinin olduğunu da dedi. 2003-cü il seçkilərində də iştirak etdiklərini xatırlayan türkiyəli qonaq hər seçkidən sonra Azərbaycanda böyük inkişafın şahidi olduqlarını məmnunluq hissi ilə qeyd etdi. Seçkilərin ölkəsinin Prezidenti, Baş naziri və Türkiyə xalqı tərəfindən maraqla izlənildiyini deyən Haluk İpək bu seçkilərin Azərbaycana böyük uğurlar gətirməsini arzu etdi. Dövlət başçısı ölkələrimiz arasında mövcud olan tarixi dostluq-qardaşlıq münasibətlərinin bugünkü Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün möhkəm təməl olduğunu vurğuladı. Türkiyə-Azərbaycan birliyinin bu gün beynəlxalq aləmdə mühüm amil olduğunu qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Ölkəmizdə keçirilən prezident seçkilərinə toxunan dövlətimizin başçısı seçkilərin nəticələrini son illər Azərbaycanda görülən işlərə xalqın verdiyi qiymət və gələcək inkişafla bağlı arzularının ifadəsi kimi dəyərləndirdi. Dövlət başçısı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bütün sahələrdə inkişafının bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.