|
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəlucun başçılıq etdiyi Pakistan Senatı və Milli Assambleyası üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir. Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəluc başçılıq etdiyi nümayəndə heyəti adından dövlətimizin başçısını Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibətilə təbrik etdi. Ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirildiyinin şahidi olduqlarını deyən pakistanlı qonaq Azərbaycanda mövcud olan sabitlik və əmin-amanlığı yüksək qiymətləndirdi. Sabir Əli Bəluc ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğuladı. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluğunu bildirdi. Pakistanın Azərbaycanın yaxın müttəfiqlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin qarşıdakı illərdə də inkişaf edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləmələrinin önəmini qeyd etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.