|
10 oktyabr 2013, 15:35
Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçdən
Hörmətli cənab Prezident, Ölkənizdə yenicə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim. Nəticələr Sizin indiyədək Azərbaycan xalqının çiçəklənməsinə verdiyiniz zəngin töhfələri əks etdirir. Seçkinin nəticələri, həmçinin Sizin şəksiz liderliyiniz altında Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük nüfuza malik demokratik cəmiyyət kimi inkişaf etdiyini sübut edir. Fürsətdən istifadə edərək ölkələrimizin bütün sahələrdə sıx əməkdaşlıq yolunda irəliləməsinə verdiyiniz səmərəli töhfələrə görə bir daha minnətdarlığımı ifadə edirəm. Mən ölkələrimiz arasındakı əlaqələri əhəmiyyətli dərəcədə möhkəmləndirən intensiv dostluq münasibətlərimizin davam edəcəyinə ümidvaram.
Hörmətli Prezident, Sizə cansağlığı və ali dövləti vəzifənizin icrasında yeni uğurlar arzulayıram. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin. Monteneqro Respublikasının Prezidenti AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.