Gerb

10 oktyabr 2013, 15:30

Hörmətli cənab Prezident,

Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim. Ali dövləti vəzifənizin icrasında Sizə uğurlar arzulayıram.

Mən səmimi qəlbdən ümid edirəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Litva və digər Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın güclənməsinə sadiq qalacaqdır. Çünki biz təhlükəsizlik, sülh və rifahla bağlı ümumi maraqlarımızı yalnız birgə səylərlə həyata keçirə bilərik.

Sizə cansağlığı arzu edir, Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət başçıları ilə siyasi, iqtisadi və sosial əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Sizi noyabrın sonunda Vilnüsə dəvət edirəm.

İcazə verin, qələbəniz münasibətilə Sizi bir daha təbrik edim. Zati–aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Dalya Qribauskayte

Litva Respublikasının Prezidenti

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR