|
10 oktyabr 2013, 15:25
Tacikistan Respublikasının Prezidenti Emoməli Rahmondan
Hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Tacikistanda bu xəbəri böyük məmnuniyyətlə qarşıladıq. Yenidən prezident seçilməyiniz Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənizin çiçəklənməsinə, onun xalqının firavanlığına yönəlmiş fəaliyyət xəttinə yüksək etimadın parlaq göstəricisidir. Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə Tacikistan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri iki dövlətin və onların xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizi əmin etmək istəyirəm ki, Tacikistan bunun üçün bütün zəruri səylərini əsirgəməyəcəkdir. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə yeni uğurlar arzulamaq istəyirəm. Səmimiyyətlə, Emoməli Rahmon Tacikistan Respublikasının Prezidenti AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.